Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2023 21:04
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya, İran və Suriya xarici işlər nazirlərinin iştirakı ilə mayın 10-da Moskvada keçiriləcək dördtərəfli görüşdə iştirak etmək üçün Rusiyaya səfər edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Qeyd olunub ki, səfər çərçivəsində Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşmasına dair fikir mübadiləsinin aparılması, humanitar məsələlər, terrorla mübarizə kimi məsələlərin müzakirə edilməsi gözlənilir.