Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ev sakinlərini gurultulu səsi ilə yuxudan oyadan meteorit damda dəlik açdı - VİDEO - FOTO

Ev sakinlərini gurultulu səsi ilə yuxudan oyadan meteorit damda dəlik açdı - VİDEO - FOTO

Tarix: 11 May 2023 15:44

ABŞ-də yaşayış evinə meteorit düşüb.

Hadisə Nyu-Cersidə səhər saatlarında baş verib. Səma cismi damı yarıb. Ev sakinləri gurultulu səsə oyanıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, polis baş verənləri qeydə aldığını təsdiqləyib və hadisə zamanı xəsarət alan olmadığını vurğulayıb.

Hazırda mütəxəssislər meteoritin tərkibini müəyyən etmək üçün araşdırma aparırlar.

Onların fikrincə, göy cisminin düşməsi "Eta Aquarid" meteor yağışı ilə əlaqələndirilə bilər. Lakin bu, versiyalardan yalnız biridir.

Milli.Az


Etiketlər:  Ev sakinlərini gurultulu səsi ilə yuxudan oyadan meteorit damda dəlik açdı VİDEO FOTO


RƏYLƏR