Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Heydər Əliyevin 100 illiyi münasibətilə Prezident İlham Əliyevə məktublar gəlməkdə davam edir

Heydər Əliyevin 100 illiyi münasibətilə Prezident İlham Əliyevə məktublar gəlməkdə davam edir

Tarix: 12 May 2023 10:21

Sankt-Peterburq və Rusiyanın Şimal-Qərb Regionu Müsəlmanlarının Ruhani İdarəsinin sədri Ravil Pançeyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri, çox hörmətli İlham Heydər oğlu!

Sankt-Peterburq və Rusiyanın Şimal-Qərb Regionu Müsəlmanlarının Ruhani İdarəsi Sizə öz ehtiramını ifadə edir və Zati-alinizə firavanlıq, Uca Yaradanın mərhəmətini arzulamaq şərəfini duyur.

Bu il mayın 10-da bütün dünyada ehtiram və nüfuz qazanmış görkəmli siyasi xadim, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam oldu. Ruhani idarəsi Sizin 2023-cü ilin Azərbaycan Respublikasında "Heydər Əliyev İli" elan edilməsi barədə Sərəncamınızı ürəkdən dəstəkləyir. Azərbaycan Respublikasında və Rusiya Federasiyasında bu əlamətdar tarixə həsr olunmuş çoxsaylı tədbirlər keçirilir.

Heydər Əliyevin Azərbaycan Respublikası və ümumilikdə keçmiş Sovet İttifaqının tarixində misilsiz xidmətləri olub. Heydər Əliyev keçmiş SSRİ-nin rəhbərlərindən biri olmuş yeganə azərbaycanlıdır.

O, 1980-ci illərdə beş il müddətinə Sov.İKP Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü olub. Bu dahi şəxsiyyət Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında strateji əməkdaşlığın bünövrəsini qoyub, dövlətlərimizin və xalqlarımızın dostluğunun, qarşılıqlı anlaşmasının möhkəmlənməsinə böyük şəxsi töhfə verib.

Heydər Əliyevin qarşısında miqyasına görə misilsiz vəzifə dururdu. Onun titanik fəaliyyətinin nəticəsində Azərbaycanın sənayesi kökündən dəyişdi, bütün infrastruktur yeniləndi və iqtisadiyyatda islahatlar, modernləşmə həyata keçirildi, respublikanın qədim paytaxtı intibah dövrünü yaşadı.

Heydər Əliyevin dinə, milli-əxlaqi dəyərlərə hörməti onun əməllərində əksini tapır, bütün dünya müsəlmanlarının xatirəsində yaşayır. Heydər Əliyev Sankt-Peterburqa səfərləri zamanı həmişə bu şəhərdəki Sobor məscidinin fəxri qonağı olurdu. Rusiyanın Sankt-Peterburq və Şimal-Qərb regionunun müsəlmanları onun şəxsiyyətini qəlblərində gözəl hisslərlə xatırlayırlar.

Sankt-Peterburqda Heydər Əliyevlə bağlı çoxlu xatirə məkanları var. Şəhərin Heydər Əliyevin 1949-1950-ci illərdə təhsil aldığı SSRİ DTN-in ali məktəbinin yerləşdiyi mərkəzi küçələrindən birində görkəmli siyasət və dövlət xadimi, Ulu Öndərin şərəfinə xatirə lövhəsi qoyulub. Rusiya Federasiyasının mədəniyyət paytaxtının sakinləri Azərbaycan Prezidenti Heydər Əliyevin Sankt-Peterburqa hədiyyəsini - dahi Azərbaycan şairi Nizami Gəncəvinin gözəl abidəsini xatırlayırlar.

Sevindirici haldır ki, Siz bu gün Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirirsiniz. Siz həmişə ölkədə insan hüquqları və azadlıqlarının təmin edilməsinə, dini-mənəvi dəyərlərin inkişafına xüsusi diqqət yetirirsiniz.

Ruhani idarəsi fürsətdən istifadə edərək Sizə öz dərin ehtiramını bildirir və Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dini, iqtisadi, sosial, siyasi və digər sahələrdə səmərəli əməkdaşlığın davamlı inkişafını arzulayır".

xxx

Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu!

Bütün Dağıstan xalqı adından və şəxsən öz adımdan Sizi atanız - dünyada dərin hörmət və ehtiram qazanmış görkəmli dövlət və siyasət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təbrik edirəm.

Heydər Əlirza oğlu bütün həyatı boyu öz xalqına və Vətəninə sədaqətlə xidmət edib. Biz Azərbaycanın müasir tarixində onun xidmətlərinin silinməz izlərini görürük. Böyük siyasi xadimin ardıcıl fəaliyyəti sayəsində respublika çətin sınaqlardan uğurla çıxıb və bu gün tərəqqi yolu ilə inamla irəliləyir. Heydər Əliyevin xalqa müraciətində dediyi kimi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək". Belə də oldu. Siz, hörmətli İlham Heydər oğlu, atanızın, xalqın dahi oğlunun vəsiyyətlərinə sadiqsiniz. Əminəm ki, gələcəkdə də Sizi öz yolunuzda yalnız nailiyyətlər və qələbələr gözləyir.

Sizə səmimi-qəlbdən cansağlığı, rifah və ali dövləti vəzifənizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və davamlı tərəqqi arzulayıram".

xxx

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu!

İcazə verin, atanız Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ən səmimi təbriklərimi Sizə çatdırım.

Tatarıstanlılar Azərbaycan xalqının dahi oğlu, adı doğma ölkəsinin tarixinə əbədi yazılmış, Tatarıstan-Azərbaycan əməkdaşlığının təşəkkülündə və inkişafında mühüm rol oynamış görkəmli siyasət və dövlət xadimini - çox hörmətli Heydər Əlirza oğlunu böyük minnətdarlıq və dərin hörmətlə xatırlayırlar.

Xalqlarımız arasında etimad və dostluq ənənələrini qoruyub saxlamaq və möhkəmləndirmək üçün Sizin atanız, çox hörmətli Heydər Əlirza oğlu tərəfindən göstərilən səyləri davam etdirmək bu gözəl insanın nurlu xatirəsi qarşısında bizim ümumi borcumuzdur. Ümidvaram ki, biz Tatarıstan və Azərbaycan arasında əməkdaşlığın Rusiya-Azərbaycan münasibətləri kontekstində dinamik şəkildə inkişafı, adlı-sanlı sələflərimizin məhsuldar təşəbbüslərinin layiqli davamçısına çevrilməyə qadir olan yeni məzmunla zənginləşməsi üçün zəruri olan hər şeyi birgə həll edəcəyik.

Sizə möhkəm cansağlığı, firavanlıq, gözəl Azərbaycanın rifahı naminə ali dövləti vəzifənizdə uğurlar arzulayıram".

Milli.Az


Etiketlər:  Heydər Əliyevin 100 illiyi münasibətilə Prezident İlham Əliyevə məktublar gəlməkdə davam edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ