Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zenfira Nərimanova illər sonra - FOTO

Zenfira Nərimanova illər sonra - FOTO

Tarix: 13 May 2023 04:06

İllərdir efirə çıxmayan Xalq artisti Zemfira Nərimanovanın yeni fotoları yayılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, şəkilləri Əməkdar artist Anar Heybətov paylaşıb. Aktrisa çalışdığı Akademik Milli Dram Teatrının kollektivi ilə birlikdə Fəxri Xiyabana yollanaraq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

Qeyd edək ki, Zemfira Nərimanova illərdir heç bir yerə açıqlama vermir, efirlərə çıxmır. 62 yaşlı aktrisa Akademik Milli Dram Teatrında çalışır. Bir çox rolları ilə tanınan Z.Nərimanova uzun müddət xaricə köçüb. Azərbaycana qayıtdıqdan sonra isə heç yerdə görünməyib. O, "Pəncərədə işıq", "Ordan-burdan", "Göz həkimi", "İtkin gəlin" kimi teletamaşalarda rol alıb.

Milli.Az


Etiketlər:  Zenfira Nərimanova illər sonra FOTO


RƏYLƏR