Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kermanda Xameneyi və Süleymaninin baneri qan rənginə boyandı - VİDEO

Kermanda Xameneyi və Süleymaninin baneri qan rənginə boyandı - VİDEO

Tarix: 14 May 2023 18:12

İranın Kerman şəhərində İranın ali rəhbəri Ayətullah Əli Xameneyi və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin keçmiş komandanı general Qasim Süleymaninin banerinə azadllqsevərlər tərəfindən qan rəngini simvolizə edən qırmızı boya atılaraq yararsız hala salınıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər yayıb.

Bildirilir ki, molla rejiminin repressiyalarından cana doymuş xalq bu rejimə aid bütün abidə və simvolları məhv edir. Belə ki, bir gün öncə Kermanda Süleymaninin xatirə abidəsi dağıdılıb. Həmçinin Yəzd şəhərində etirazçılar Xameneyinin banerini qan rənginə boyayıblar.

Milli.Az


Etiketlər:  Kermanda Xameneyi Süleymaninin baneri qan rənginə boyandı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ