Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Futbolçular azarkeşlərə görə meydandan qaçdılar - VİDEO

Futbolçular azarkeşlərə görə meydandan qaçdılar - VİDEO

Tarix: 15 May 2023 15:44

"Barselona" mayın 15-də 24-cü turda Kataloniyanın paytaxtında "Espanyol"u səfərdə məğlub edib. Xavinin rəhbərlik etdiyi komanda bu qələbə ilə çempionatın sonuna dörd oyun qalmış çempionluğu təmin edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, final fitindən sonra "Barselona"lı futbolçular narazı "Espanyol" azarkeşlərinin gurultusu altında rəqiblərinin stadionunda çempionluq şənliyi təşkil ediblər. Nəticədə bəzi azarkeşlər meydana daxil olub və bu, "Barselona"nın futbolçularının paltardəyişmə otağına qaçmasına səbəb olub.

"Espanyol"un baş məşqçisi Luis Qarsiya azarkeşləri bu cür davranışa görə qınayıb.

"Barselona" 27-ci dəfə və Lionel Messinin hələ oynadığı 2019-cu ildən bəri ilk dəfə La Liqanın qalibi olub.

Milli.Az


Etiketlər:  Futbolçular azarkeşlərə görə meydandan qaçdılar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ