Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsveç Futbol Federasiyası Azərbaycanla oyundakı erməni təxribatına görə CƏRİMƏLƏNİB

İsveç Futbol Federasiyası Azərbaycanla oyundakı erməni təxribatına görə CƏRİMƏLƏNİB

Tarix: 15 May 2023 23:00

UEFA İsveç Futbol Federasiyasını (SvFF) cərimələyib.

Sonxeber.net "report"a istinadən bildirir ki, buna Stokholmda sözügedən ölkənin yığması ilə Azərbaycan millisi arasında keçirilmiş AVRO-2024-ün seçmə mərhələ oyununda erməni azarkeşlərin təxribata cəhd etmələri səbəb olub.

"Friends Arena"dakı matçın gedişində İsveçdə yaşayan erməni fanatlar separatçı qruplaşmaların bayrağını qaldırmağa çalışsalar da, bunun qarşısı dərhal yerli polis tərəfindən alınıb. Yaranan kiçik çaxnaşmaya baxmayaraq, təxribatçılar hadisə yerindən uzaqlaşdırılıblar.

Məsələni araşdıran UEFA təxribat xarakterli siyasi mesajlara görə SvFF-yə 5 000 avro cərimə kəsib.

Qeyd edək ki, İsveç - Azərbaycan oyunu meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.


Etiketlər:  İsveç Futbol Federasiyası Azərbaycanla oyundakı erməni təxribatına görə CƏRİMƏLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ