Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan: Sanksiyalar tətbiq edilməsindən narahatıq

Paşinyan: Sanksiyalar tətbiq edilməsindən narahatıq

Tarix: 16 May 2023 09:00

"Rusiyanın tələblərini qarşılamaqdan məmnunuq ancaq gördüyümüz işlər bizim üçün "qırmız xətt" hesab olunur".

Milli.Az APA-ya istinadən bildirir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Çexiyanın "Respekt" nəşrinə müsahibəsində bildirib. Ermənistan lideri bildirib ki, bu sözlər Rusiyaya açıq şəkildə bildirilib.

"Sizi narazı salmaq istəməzdik ancaq özümüzə sanksiya tətbiq edilməsindən narahatıq. Burada gizlin heç nə yoxdur", - deyə Paşinyan bidirib.

Paşinyan bəyan edib ki, Ukrayna hadisələri ilə əlaqədar logistika zəncirləri pozulub.

Onun sözlərinə görə, Rusiyaya çatdırılmalı olan bir çox mallar indi üçüncü ölkələr vasitəsilə daşınır.

Paşinyan əlavə edib ki, ölkəsi sanksiya mallarına münasibətdə şəffaf olmağa çalışır və bu məsələ ilə bağlı Avropa İttifaqı, ABŞ və Rusiya ilə işləyir.

Milli.Az


Etiketlər:  Paşinyan Sanksiyalar tətbiq edilməsindən narahatıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ