Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2023 16:36
Bakının qızıl bazarında bahalaşma müşahidə edilir. Mövcud vəziyyət bazarda alıcılıq qabiliyyətinin də enməsinə səbəb olub.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, satıcılar da təsdiq edirlər ki, son vaxtlar Türkiyə qızılının qiymətində kəskin artım müşahidə olunur.
Bu da bazarda alıcılıq qabiliyyətinin düşməsinə və durğunluğa səbəb olub.
Amma bazarda təkcə Türkiyə qızılının qiyməti deyil, eləcə də İtalya istehsallı məhsulların da qiymətində ciddi dəyişiklik hiss olunur.
Ekspertlərin fikrincə, maliyyə bazarında qeyri-müəyyən vəziyyət olduğu üçün qızıl qiymətləri yüksəlir. Mütəxəssislər hesab edirlər ki, buna görə də investorlar konkret qərar qəbul etməkdə çətinliklə üzləşirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: