Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri İlham Əliyevə məktub göndərib

Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri İlham Əliyevə məktub göndərib

Tarix: 16 May 2023 20:00

Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Mixail Myasnikoviç Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevə məktub göndərib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Sizi və Azərbaycan xalqını görkəmli milli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Ölkəsinin əsl vətənpərvəri olaraq, Heydər Əliyev respublikanın yüksək sosial-iqtisadi inkişafı üçün möhkəm bünövrə yaratmaqla müasir Azərbaycanın formalaşmasına dəyərli töhfə vermişdir. Azərbaycanın Ümummilli Liderinin çoxqütblü dünya nizamının müdafiəsində önəmli rolunu, Avrasiya məkanında ümumi dəyərlər və ideallarla birləşmiş dövlətlərin əməkdaşlığının möhkəmləndirilməsində səylərini xüsusi qeyd etmək istərdim.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, dahi atanızın fəaliyyətinin davam etdirilməsində böyük uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan Respublikası qarşılıqlı faydalı Avrasiya tərəfdaşlığının inkişafında bundan sonra da əhəmiyyətli rol oynayacaqdır".


Etiketlər:  Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri İlham Əliyevə məktub göndərib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ