Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Heydər Əliyevin əvəzsiz xidmətlərini sözlə təsvir etmək çətindir''

''Heydər Əliyevin əvəzsiz xidmətlərini sözlə təsvir etmək çətindir''

Tarix: 16 May 2023 20:03

Keniya Müsəlmanları Ali Şurasının sədri Yusuf Abdulrahman Nzibo Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevə məktub göndərib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Müasir Azərbaycan dövlətinin banisi, mərhum Prezident Heydər Əliyevin xatirəsinin ehtiramla yad edildiyi bu əlamətdar günlərdə Keniya xalqının səmimi salamlarını və təbriklərini qəbul etməyinizi xahiş edirəm.

Prezident Heydər Əliyev müasir Azərbaycan Respublikasının əsasını qoyan dahi uzaqgörən lider idi. Biz Azərbaycanın böyük oğlunun xatirəsini ehtiramla yad etməkdə sizlərə qoşuluruq. Ulu Öndərin strategiyası və xidmətləri sayəsində bütün İslam dünyası onun möhkəm təməl üzərində əsasını qoyduğu müasir Azərbaycan dövlətinə heyranlıqla baxır. Məhz onun xidmətləri sayəsində Azərbaycan xalqı və dövləti öz şöhrətini, sabitliyini bərpa edə bilib. Onun uzaqgörənliyi, müdrik rəhbərliyi sayəsində Azərbaycan bu gün əsas beynəlxalq enerji istehsalçısına və iqtisadi gücə çevrilib.

Bu əlamətdar günlərdə beynəlxalq ictimaiyyətlə əl-ələ verərək, uzaqgörənliyi və yorulmaz fəaliyyəti ilə böyük Azərbaycan xalqının diplomatik, iqtisadi, sosial və mədəni tərəqqisini təmin edən dahi liderin fədakarlığını minnətdarlıqla və ehtiramla xatırlayırıq. Prezident Heydər Əliyevin Azərbaycan dövlətinin sabitliyinin, inkişafının və rifahının təmin olunmasında əvəzsiz xidmətlərini sözlə təsvir etmək çətindir. İnsan hüquqlarının tam təmin olunduğu, ümumbəşəri demokratik dəyərləri özündə ehtiva edən Azərbaycan Konstitusiyasının hazırlanmasında və qəbul edilməsində, müasir Azərbaycan Ordusunun qurulmasında mərhum Prezident Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndiririk".


Etiketlər:  Heydər Əliyevin əvəzsiz xidmətlərini sözlə təsvir etmək çətindir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ