Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Demi Mur yeni doğulan nəvəsi ilə - FOTO

Demi Mur yeni doğulan nəvəsi ilə - FOTO

Tarix: 17 May 2023 02:05

Bu yaxınlarda ilk dəfə nənə olan Hollivud ulduzu Demi Mur yeni doğulan nəvəsi ilə ilk fotolarını paylaşıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki,  o, müvafiq şəkillərini "Instagram"da yayımlayıb.

Aktrisa paylaşımına, həmçinin doğuş zamanı qızı Rumeri qucaqlayan fotosunu və Rumerə hamiləykən çəkdirdiyi şəklini əlavə edib.

"Həyat dövriyyəsi", - deyə aktrisa paylaşımında bildirib.

Qeyd edək ki, Demi Mur və Bryus Uillisin qızı Rumer aprelin sonunda şəxsi bloqunda yeni doğulmuş qızının ilk şəklini dərc edib və uşağı evdə dünyaya gətirdiyini bildirib.

"Luetta Ayli Tomas Uillis. Sən - əsl möcüzəsən. 18 apreldə evdə anadan olub. Sən bizim xəyal edə biləcəyimizdən də böyüksən", - deyə Rumer paylaşımına şərh yazıb.

Milli.Az


Etiketlər:  Demi Mur yeni doğulan nəvəsi ilə FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ