Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nadir: “Tələbələrin fikri dərsdə yox, telefonda, bulvardadır” - VİDEO

Nadir: “Tələbələrin fikri dərsdə yox, telefonda, bulvardadır” - VİDEO

Tarix: 17 May 2023 17:35

"İxtisasım müəllimlikdir, opera və vokal müğənnisi.  Amma müəllimlik etməyə hövsələm yoxdur. Əvvələr tələbələr sözəbaxan idi. Fikirləri telefonda, bulvarda, "Torqovı"da deyildi". 

Milli,Az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə qonaq olduğu "Xəzər axşamı" verilişində deyib. 

Məktəb illərində müəllimi tərəfindən "şapalaq"landığını etiraf edən sənətçi bildirib ki, indi müəllimlər şagirdləri tənbeh edəndə valideynlər üsyan edir: 

"Yadıma gəlir ki, orta məktəbdə oxuyanda nadinclik edirdim, müəllimim mənə şapalaq vururdu. Demirəm ki, şapalaq lazımdir, amma bu kimi hallar olurdu.  Bunu da etiraf edirəm. Amma o şapalaqdan biz nəticə çıxarırdıq ki, gələn səfər şapalaq almayaq. Və ya bizi küncə qoyub, üzümüz divar tərəfə, bir ayaq üstə saxlayırdılar. Bunlar hamımızın başına gəlib. Anama gəlib deyirdim ki, müəllim məni vurub. O isə cavab olaraq söyləyirdi ki, "Yaxşı edib. Özünü yaxşı aparardın, səni vurmayaydı". Amma indi valideyn deyir ki, "Hardadır səni döyən müəllim? Ona bilirsən nələr edərəm? Uşaq da baxır ki, anam arxamda durub, ondan betərini edəcəyəm". 

Milli.Az


Etiketlər:  Nadir Tələbələrin fikri dərsdə yox telefonda bulvardadır VİDEO


RƏYLƏR