Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2023 11:40
Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkələrdə adından istifadə edərək, müğənni Şəbnəm Tovuzlu və onun ailəsinə söz atması ilə bağlı xəbərlərə etiraz edib.
Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, Xoşqədəm bununla bağlı aparıcısı olduğu "Səni axtarıram" ictimai-sosial verilişində söz açıb.
Hidayətqızı bildirib ki, qeyri-rəsmi dünyaya gətirilən uşaqlar haqqında danışanda Tovuzlunun adını çəkməyib:
"Bəzi insanlar var ki, fikirlərimi başqalarına aid edirlər. Dəfələrlə verilişdə qeyri-rəsmi nikahlar və dünyaya gətirilən uşaqlar haqqında danışmışam. İnsanlar özləri bilər. Bu, hər kəsin şəxsi qərarıdır və biz ona qarışa bilmərik. Amma mən bunu qəbul etmədiyimi efirdən deyirəm. Hətta söyləmişəm ki, "Səni axtarıram" ictimai-sosial verilişə gələ bilər, amma "Günaydın, Azərbaycan!" səhər şousuna belə insanların qonaq gəlməsini istəmirəm. Bu haqqımdır, kimsə də mən nəsə deyə bilməz.
Həmin insanların şəxsi həyatıdır, mən qarışa bilmərəm. Bu, onların öz problemidir. O gün də belə bir söz demişəm. "TikTok"da qoyublar ki, Şəbnəm Tovuzluya söz atdı. Mən ad çəkməmişəm. Bu, öz fikrim, mövqeyimdir. Bir insana sözüm olanda üzünə deyirəm. Kimdənsə qorxacağım yoxdur. Ümumi danışıram. Şəbnəm həyat yoldaşı ilə şəklini qoyub. Bərabər fotolarını yerləşdirib. Həyat yoldaşının qolunun, ayağını göstərmir ki...
Bu qadın dəfələrlə öz həyat yoldaşının şəklini paylaşıb. Niyə siz o qadının adını çəkib, adımdan istifadə edirsiniz? Ola bilər ki, kimsə Şəbnəmi istəmir. Hamının öz sahəsində rəqibi var. Kimsə Şəbnəmi nəyə görəsə vurmaq istəyir.... Zəhmət çəkin, hansı xanıma, insana sözünüz varsa, mənim adımla deyil, öz adınızla yazıb, sözünüzü deyin. Onun adını çəkməmişəm. Şəbnəmin əri Hacını da tanıyıram. Çox yaxşı və mədəni insandır. Mənim onlarla nə işim var?".