Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pep oyundan əvvəl ona "Whatsapp"da nə yazmışdı? - VİDEO

Pep oyundan əvvəl ona

Tarix: 18 May 2023 20:02

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın oyundan sonra sabiq futbolçu, hazırda televiziya şərhçisi işləyən Rio Ferdinanda səslənərək bir neçə dəfə "mən sənə demişdim" cümləsini işlətməsi böyük marağa səbəb olub.

Milli.Az xəbər verir ki, Ferdinand oyundan sonra işlədiyi kanalda baş verən hadisəyə aydınlıq gətirib. İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq kapitanı bildirib ki, Pep "Real"la oyundan əvvəl ona "Whatsapp" vasitəsiylə mesaj yazıb:

"Pep Qvardiola bu gün mənə bu sözləri yazdı: "Bizə inanın, onları məğlub edəcəyik", O, buna oyuna iki-üç saat qalmış əmin idi"!

Qeyd edək ki, ilk oyunda "Real"la heç-heçə edən (1:1) "Mançester Siti" doğma meydanda rəqibini darmadağın etməklə (4:0) mərhələ adlayıb. (publika)

Milli.Az


Etiketlər:  Pep oyundan əvvəl ona Whatsappda yazmışdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ