Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Milli komandaların final oyununda KÜTLƏVİ DAVA

Milli komandaların final oyununda KÜTLƏVİ DAVA

Tarix: 18 May 2023 20:32

22 yaşadək futbolçulardan ibarət milli komandaların oyununda kütləvi dava olub.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Cənub-Şərqi Asiya Oyunlarının finalı çərçivəsində İndoneziya - Tailand görüşündə baş verib.

90 dəqiqə 2:2 hesabı ilə yekunlaşdığından, əlavə vaxta ehtiyac duyulub. 94-cü dəqiqədə indoneziyalıların hesabda önə keçməsi ilə ara qarışıb. Nəticədə futbolçular və klub rəsmiləri meydançaya axın edərək bir-birilərini yumruqlamağa başlayıblar. Polislər və stadion əməkdaşları onları çətinliklə sakitləşdiriblər.

İnsident yekunlaşdıqdan sonra baş hakim hər iki komandanın bir neçə üzvünə qırmızı vərəqə göstərib.

Qalan dəqiqələrdə daha iki qol vuraraq 5:2 hesablı qələbə qazanan İndoneziya seçməsi turnirin qalibi olub.

Milli.Az


Etiketlər:  Milli komandaların final oyununda KÜTLƏVİ DAVA


RƏYLƏR