Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qərb müasir qırıcıları Ukraynaya verəcəkmi?

Qərb müasir qırıcıları Ukraynaya verəcəkmi?

Tarix: 18 May 2023 21:54

Müasir qırıcıların Ukraynaya mümkün təhvil verilməsi məsələsi iyunda NATO müdafiə nazirlərinin görüşündə müzakirə olunacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu "Şpigel"ə müsahibəsində NATO Baş katibi Yens Stoltenberq deyib.

"NATO müdafiə nazirlərinin iyun ayında keçiriləcək görüşündə də bunun müzakirə olunacağını güman edirəm", - deyə baş katib bildirib.

O xatırladıb ki, Polşa və Slovakiya artıq sovet MiQ-29 qırıcılarını Ukraynaya təhvil verib. Qərb qırıcılarının göndərilməsi məsələsi müzakirə olunur.

Milli.Az


Etiketlər:  Qərb müasir qırıcıları Ukraynaya verəcəkmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ