Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakılı kəşfiyyatçının adı küçədən götürüldü - FOTO

Bakılı kəşfiyyatçının adı küçədən götürüldü - FOTO

Tarix: 18 May 2023 23:44

Kiyev Şəhər Şurası 26 obyektin, o cümlədən üç metro stansiyasının adını dəyişib.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, bu barədə Şəhər Şurası məlumat yayıb.

"Paytaxtda adları Rusiya və onun müttəfiqləri ilə əlaqəli olan daha 26 şəhər obyektinin adı dəyişdirilib", - məlumatda deyilir. Metronun "Xalqlar Dostluğu" stansiyasına "Zverinetskaya" adı verilib. "Prospekt Pravdı" stansiyası "Varşavskaya", "Lev Tolstoy meydanı" isə "Ukrayna Qəhrəmanları Meydanı"na çevriləcək.

Dəyişikliklər küçələrin adlarına da şamil edilib. Belə ki, əfsanəvi bakılı kəşfiyyatçı Rixard Zorgenin adını daşıyan küçə yaponşünas alim Vasili Yaroşenkonun adını daşıyacaq.  

Qeyd edək ki, 1895-ci ildə Bakıda anadan olmuş əfsanəvi sovet kəşfiyyatçısı Rixard Zorge Yaponiyada jurnalist adı altında fəaliyyət göstərib. Zorgenin ən mühüm fəaliyyətlərindən biri 1940-1941-ci illərdə Yaponiyada əməliyyat xidmətində olarkən SSRİ-ni Adolf Hitler hücum barədə qabaqcadan xəbərdar etməsi olub.


Etiketlər:  Bakılı kəşfiyyatçının adı küçədən götürüldü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ