Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həbs olunan aktyora haqq qazandırdı: "Əcəb edib"

Həbs olunan aktyora haqq qazandırdı:

Tarix: 19 May 2023 16:35

Xəbər verdiyimiz kimi, tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayev həbs olunub.

Milli,Az axşam.az-a istinadən xəbər verir ki, aktyor Kamran Ağabalayev həmkarı ilə bağlı paylaşım edib.

"Həyatda bəzən elə hadisələr baş verir ki, heç bir qınağa, qanuna baxmayaraq deyə bilirsən filankəs əcəb edib, haqq edib. İndi qanunu pozub, qanun şahdır, ölkəni qanunlar idarə edir anlayıram. Amma Rza edibsə, haqq edib. Rzanı tanıdığım üçün əlimi vicdanıma qoyub deyə bilərəm ki, haqq edib. Vicdan bəzən qanundan üstün ola bilir. Allah işinə fərəc versin" deyə, kamran paylaşımında yazıb. 

Qeyd edək ki, tanınmış aktyor Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında həbs edilib. Cinayət işi 2018-ci ildən davam edir və bu gün zərərçəkənlərin birinci instansiya məhkəməsinin qərarından verdikləri apellyasiya şikayətinə baxılıb.

Milli.Az


Etiketlər:  Həbs olunan aktyora haqq qazandırdı Əcəb edib


RƏYLƏR