Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2019 09:52
Böyük Britaniyanın “Vertical Aerospace” startapı öz yeni hava taksisinin ilk sınaq uçuşunu nümayiş etdirib.
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, 6 vintlə təchiz edilmiş “Seraph” adlandırılmış uçan aparat 250 kq-dək yükü havaya qaldırmaq qabiliyyətinə malikdir. Bundan başqa, hava taksisinin daxilində sərnişinlər üçün 2, pilot üçün 1 yer nəzərdə tutulub.
“Seraph” elektrik batareyası ilə işləyir və istehsalçıların sözlərinə görə, 800 km məsafə qət edə bilir. Bundan başqa, uçan aparat saatda 80 km-dək sürət toplaya bilər.
Emil Hüseynov