Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

28 may seçkilərində rekord göstərici ilə qalib gələcəyik - Ərdoğan

28 may seçkilərində rekord göstərici ilə qalib gələcəyik - Ərdoğan

Tarix: 22 May 2023 10:48

Türkiyədə 28 may tarixində keçiriləcək prezident seçkilərinin ikinci turunda millətimizin iradəsi və dəstəyi sayəsində rekord göstərici ilə qalib gələcəyik.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz rəsmi twitter hesabında paylaşım edib.

"Millətimiz 14 may tarixində 323 millət vəkili ilə parlamentdə çoxluğu Cümhur İttifaqına verərək əslində öz iradəsini nümayiş etdirdi. Prezidentlikdə isə 49,5 faiz səslə 27 milyondan çox vətəndaşımız bizə üstünlük verdi", - deyə o əlavə edib.

Qeyd edək ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Milli.Az


Etiketlər:  28 may seçkilərində rekord göstərici ilə qalib gələcəyik Ərdoğan


RƏYLƏR