Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna ordusu Rusiyanın 30-dan çox dronunu məhv edib

Ukrayna ordusu Rusiyanın 30-dan çox dronunu məhv edib

Tarix: 23 May 2023 09:02

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, son sutka ərzində Rusiya ordusu Dnepropetrovsk, Zaporojye və Xarkov vilayətlərinə 20 raket zərbəsi endirib.

Milli.Az APA-ya istinadən bildirir ki, Baş Qərargahın səhər məlumatında Rusiya Silahlı Qüvvələrinin qanadlı raketlər, "İsgəndər-M" ballistik raketləri və S-300 zenit raketlərindən istifadə etdiyi bildirilir. Bundan əlavə, Rusiya ordusu Ukraynaya qarşı 48 "Şahed" kamikadze PUA-sı tətbiq edib.

Mayın 22-də Ukrayna hərbi aviasiyası düşmənin şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 8, eləcə də zenit-raket komplekslərinə 2 zərbə endirib.

"Müdafiəçilərimiz son sutka ərzində 4 ədəd X-101/X-555 qanadlı raketini, bir Mi-24 hücum helikopterini, 23 "Şahed" dronu və 9 kəşfiyyat PUA-sını məhv ediblər", - deyə məlumatda bildirilir.

Milli.Az


Etiketlər:  Ukrayna ordusu Rusiyanın 30 dan çox dronunu məhv edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ