Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2023 23:04
Azərbaycanda əkin sahələri azalıb. Baxmayaraq ki, bu gün ölkədə 4 milyon hektardan bir qədər də arrıq kənd təssərrüfarı üçün yararlı torpaq sahələri var.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, ölkə əhalisinin sayını, o cümlədən mövcud torpaq ehtiyatlarının nəzər alsaq bu daxili təlabatı ödəməkdə ciddi problemlər yaradır.
"Xəzər Xəbər"ə müsahibəsində iqtisadçı ekspert Eldəniz Əmirov deyib ki, yararlı torpaq sahəsinin 2 milyonu əkin, 2 milyonu isə örüş sahələri üçün nəzərdə tutulub.
Ekspert hesab edir ki, müəyyən subsidiyalardan yararlanmaq üçün əkin sahəsi kimi qeydiyyatda olan səhələr siyahıdan çıxarılıb, eləcə də çox subsidiya almaq üçün movcud sahələr daha çox yazdırılıb, lakin bütün bunların dürüstləşdirilməsi nəticəsində daha real rəqəmlər ortaya çıxıb.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov isə qeyd edib ki, əvvəlki illərlə müqayisədə bu il 43 min hektar artıq əkin aparılıb.
Otlaq sahələrinin azalmasına gəlincə, bunun da əsaslı səbəbləri var:
Şöbə müdiri qeyd edib ki, əkin təyinatlı torpağın digər kateqoriyaya keçilməsi doğru addım deyil.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: