Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakının mərkəzində qızın başına beton parçası düşdü

Bakının mərkəzində qızın başına beton parçası düşdü

Tarix: 24 May 2023 11:48

Bakının mərkəzində xəsarətlə nəticələnən bədbəxt hadisə baş verib.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, dünən saat 18 radələrində paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti, 32 ünvanında yerləşən binanın 3-cü mərtəbəsindəki mənzilin eyvanından beton parçası qopub.

Beton parçası səkidə hərəkət edən piyada 1992-ci il təvəllüdlü Əminə Nəzərlinin başına düşüb. 31 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ə.Nəzərlinin müalicəsi hazırda davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Bakının mərkəzində qızın başına beton parçası düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ