Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Piyada keçidi silinəndə "keçid" belə olacaq... - VİDEO

Piyada keçidi silinəndə

Tarix: 25 May 2023 12:10

Bakıda piyadaların intensiv keçdiyi piyada zolaqlarından biri silinib.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, söhbət Qaradağ rayonu, Lökbatan dairəsi kimi tanınan ərazidiən gedir. Dairənin yaxınlığında, iri ticarət mərkəzinin yanındakı piyada keçidi bu şəkildə bağlanıb. İnsanlar isə çətinliklə də olsa, həmin hissədən, maneələrin üzərindən keçməyə çalışırlar.

Həmin ərazidən istifadə edən sürücülər də keçid işarəsinin ərazidən götürüldüyünü, bunun da onlara çətinlik yaratdığını bildirdilər

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucovun sözlərinə görə, həmin keçid agentliyin təşəbbüsü ilə ləğv edilib.

Piyadalar və sürücülər ümid edir ki, əraziyə yenidən baxış keçiriləcək və müvafiq addımlar  atılacaq.

Çünki  edilən dəyişiklik mövcud problemləri tam aradan qaldırmayıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Piyada keçidi silinəndə keçid belə olacaq VİDEO


RƏYLƏR