Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2023 19:05
"Arıqlamaq üçün əməliyyat etdirməliyəm. Onu da niyə etdirim? Niyə mənim bədənimə bıçaq dəyməlidir ki?".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri aşıq Əli Tapdıqoğlu deyib. Bir müddət əvvəl arıqlayan, indi yenidən çəki alan ifaçı arıqlamaq fikrinin olmadığını deyib:
"Bu boyla mən 60 kiloqram ola bilmərəm. Həkimlər pis başa düşməsin. Mənim öz fikrimdir. Allah şahiddir əməliyyat etdirməmişəm. Hər zaman deyirəm: pul verib kökəlirəm, niyə pul verib arıqlayım? Pul verib yeyirəm, halal qidalar alıram, gəzirəm. Sonra deyim, al, bu 10 mini, məni kəs, doğra və arıqlat".