Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erməni diversantlar Zəngilan istiqamətində dövlət sərhədini yarıb keçmək istədi - Saxlanılanlar var

Erməni diversantlar Zəngilan istiqamətində dövlət sərhədini yarıb keçmək istədi - Saxlanılanlar var

Tarix: 26 May 2023 20:45

May ayının 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb.

Bu barədə Sonxeber.net-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Məlumata görə, sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülüb və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılıb.

Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçıblar.

Əməliyyat şəraiti nəzarətdə saxlanılır.


Etiketlər:  Erməni diversantlar Zəngilan istiqamətində dövlət sərhədini yarıb keçmək istədi Saxlanılanlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ