Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı alimin beynəlxalq konfransda məruzələri böyük maraqla qarşılanıb - FOTO

Azərbaycanlı alimin beynəlxalq konfransda məruzələri böyük maraqla qarşılanıb - FOTO

Tarix: 27 May 2023 11:54

ICOMAM Beynəlxalq Komitəsinin İdarə Heyətinin üzvü (hərbi muzeylər, hərbi tarix və silah kolleksiyaları üzrə), "QƏSR" Mədəni İrsi və Tarixi Abidələrin Qoruyaq" QHT-nin İdarə Heyətinin üzvü və sədrin birinci müavini, tarix üzrə fəlsəfə doktoru (Ph.D.) Pərvin Fəxrəddin oğlu Gözəlov "Müharibə və silahlar. Yeni tədqiqatlar və materiallar" on birinci Beynəlxalq Elmi-Praktiki Konfransda, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində 2023-cü il 17-19 may tarixlərdə "Mühəndis və rabitə qoşunları Artilleriya Hərbi-Tarix Muzeyi"nin 320 illiyi də qeyd olunan konfransda iki elmi məruzə ilə çıxış edib.              

Yuxarıda qeyd olunan konfransda P.F.Gözəlovun iştirakı ənənəvi xarakter daşıyır, çünki 2014-cü ildən şəxsən iştirak edir (bütün səfərlər şəxsi maddi vəsaitlə baş tutub), Artilleriya Hərbi Tarix Muzeyinin Beynəlxalq Konfransın iclaslarında elmi məruzələr oxuyub.

Konfransın işində iştirak etmək və məruzələrin nəşr olunması ölkələr, təşkilatlar, eləcə də müxtəlif sahələr üzrə mütəxəssislər arasında beynəlxalq mədəni, humanitar və hərbi əməkdaşlıq üçün yüksək potensial yaradır. Qeyd olunmalıdır ki, elmi dövriyyəyə daxil edilən nəşr olunmuş əsərlərin (tədqiqatların) nəticələri və qənaətləri erməni separatçılarının qanunsuz fəaliyyətləri haqqında obyektiv məlumatların və baş verən real hadisələrin yayılması üçün möhkəm zəmin yaradır.

Onu da əlavə etmək vacibdir ki, çap olunmuş əsərlərimdə Ermənistan-Azərbaycan münasibətlərinin münaqişəli vəziyyətlərində, o cümlədən xarici güvələrin xalqlar arasında qarşıdurmanı qızışdırmaq cəhdləri ətrafında anlaşılmazlıq baryerini aradan qaldırmaq üçün konstruktiv və məhsuldar nəticələrə nail olmaq imkanları qeyd olunub. Yuxarıda adı çəkilən konfransda Bakı (Azərbaycan Respublikası), Suriya, Moskva, Sankt-Peterburq, Vladimir, Tver, Volqoqrad, Novosibirsk, Vladivostok, Xabarovsk, Kursk, Belqorod, Tula, Ufa, İjevsk, Petrozavodsk, Arxangelsk, Pskov, Saratov, Ulyanovsk, Nijni Tagil, Syzran, Gatchina, Ardatov və başqa şəhərlərindən alim və tədqiqatçılar iştirak ediblər.

Konfransdakı ilk məruzəsində və dərc olunmuş məqaləsində doktor P.Gözəlov tarix elminə və tarixi fənlərə biganə olmayan dinləyicilərin və oxucuların diqqətinə 1919-1922-ci illərdə inqilab zamanı Azərbaycan, Ukrayna və Başqırd süvari alayının nadir bayraqları təqdim etmişdir. Yuxarıda qeyd edilən dövrdə Cənubi Qafqazda tarixi hadisələrlə müşayiət olunan, tarixi inkişaf yollarından və siyasi hadisələrdən asılı olaraq dəyişən dövlətçilik rəmzləri və atributlarının tədqiq edildiyi materiallar hörmətli oxucuların diqqətinə təqdim olunur. Çox geniş məna dairəsinə malik olan simvolların əhəmiyyəti xalq kütləsinə böyük təsiri ilə müəyyən edilir.

Rəmzlər və işarələr insanları ümumi məqsədə çatmaq üçün toplamaq, həzz, hörmət yaratmaq və ya əksinə qəzəb, təcavüz və düşmənçilik hissi yaratmaq üçün istifadə olunurdu.

İkinci məruzə Azərbaycan, Türkiyə və Rusiya Federasiyası kimi yaxın olan üç ölkələrinin muzeylərində qorunan tarixi dövlətçilik və hərbi atributlarının genetik oxşarlığına həsr olunmuşdu. Məruzədə və dərc olunmuş məqalədə vurğulanır ki, beynəlxalq mədəni-humanitar əməkdaşlıq həm Azərbaycan Respublikası, həm də Rusiya Federasiyası üçün böyük əhəmiyyət kəsb edir, çünki dialoq vasitəsilə Rusiya-Azərbaycan beynəlxalq mədəni-humanitar əlaqələrini təkmilləşdirmək və daha yüksək potensial yaratmaq mümkündür. Hansı ki, böyük qlobal əhəmiyyət kəsb edir və bununla da konstruktiv inkişaf, dövlətlərarası münasibətlərin və məhsuldar dialoqun möhkəmlənməsi və daha yüksək səviyyəyə çatması üçün böyük imkanlar yaradır.


Etiketlər:  Azərbaycanlı alimin beynəlxalq konfransda məruzələri böyük maraqla qarşılanıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ