Tarix: 23 Oktyabr 2019 14:00
La Liqanın 10-cu turundan təxirə salınmış "Barselona" - "Real" matçının vaxtı dəqiqləşib.
Qol.az "Marca"ya istinadən xəbər verir ki, oktyabrın 26-da keçirilməsi nəzərdə tutulan, ancaq Kataloniyada baş verən etiraz aksiyaları səbəbindən təxirə salınan görüşün tarixi dekabrın 18-nə salınıb.
Bu barədə İspaniya Futbol Federasiyası qərar verib. Federasiya kubok oyunlarına görə klublara matçın dekabrın 18-də yox, 4-də keçirilməsini təklif etsə də, tərəflər buna razı olmayıb.