Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2019 14:00
Bakı. Trend:
Ermənistanın Gümrü şəhərində ölkənin dəmir yollarını idarə edən “Cənubi Qafqaz Dəmir Yolları” QSC-nin maşinistləri tətil edirlər.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına əsasən, maşinistlər əmək haqlarının 30 faiz artırılmasını tələb edirlər.
Tətil nəticəsində Gümrüdən Yerevana hərəkət edən elektrik qatarları reysə çıxmayıb.
Şirkət tətillə bağlı münasibət bildirməyib.
Qeyd edək ki, “Cənubi Qafqaz Dəmir Yolları” QSC “Rusiya Dəmir Yolları” şirkətinin 100 faizlik törəmə şirkətidir və Ermənistanda dəmir yollarının idarəsi ilə məşğul olur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin