Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bulvarda batan gənc belə xilas edildi - VİDEO

Bulvarda batan gənc belə xilas edildi - VİDEO

Tarix: 27 May 2023 19:32

Bulvarda dənizə düşən şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, "112" qaynar telefon xəttinə gecə saatlarında Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 1998-ci il təvəllüdlü Aşırov Kənan İbarət oğlu dalğıclar tərəfindən xilas edilib.

Milli.Az


Etiketlər:  Bulvarda batan gənc belə xilas edildi VİDEO


RƏYLƏR