Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

500 min nəfər təhlükəsizliyi təmin edir

500 min nəfər təhlükəsizliyi təmin edir

Tarix: 28 May 2023 09:42

Türkiyədə bugün keçirilən prezident seçkilərinin ikinci turunda ölkədə təhlükəsizliyin təmin edilməsi üçün 596 min 765 təhlükəsizlik işçisi cəlb edilib.

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, ölkədə 73 helikopter, 8 təyyarə, 61 PUA, 754 TOMA və 244 kater-gəmi xidmətə hazır vəziyyətdə saxlanılıb.

Bununla yanaşı, sosial media platformaları vasitəsilə mümkün dezinformasiyaların və təxribat xarakterli yazıların monitorinqi məqsədilə "kibercinayətkarlıqla mübarizə qrupları" təyin edilib.

Sosial şəbəkələrdə cinayət tərkibi olan paylaşımlar edən şəxslər barəsində dərhal məhkəmə işi başlanacaq.

Milli.Az


Etiketlər:  500 min nəfər təhlükəsizliyi təmin edir


RƏYLƏR