Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

1,5 milyona yaxın sosial media postu silinib

1,5 milyona yaxın sosial media postu silinib

Tarix: 30 May 2023 04:04

Çinin kiberməkan tənzimləyicisi dezinformasiyaya qarşı mübarizə üçün iki aylıq əməliyyatdan sonra 1,5 milyona yaxın sosial media postunun silindiyini bildirib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu il martın 10-dan mayın 22-dək daha geniş kampaniya çərçivəsində 67 min sosial media hesabı bağlanıb. Bağlanan  hesablardan təxminən 8 mini "saxta xəbərlər, şayiələr və zərərli məlumatlar yaydığı" üçün silinib.

Bildirilir ki, 2021-ci ildən bəri Çin hökuməti kiberməkanı "təmizləmək" və səlahiyyətlilərin nəzarətini asanlaşdırmaq üçün milyardlarla sosial media hesabını hədəfə alıb.


Etiketlər:  milyona yaxın sosial media postu silinib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ