Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Britaniyalı müğənni Bakıda ilk dəfə konsert verəcək

Britaniyalı müğənni Bakıda ilk dəfə konsert verəcək

Tarix: 30 May 2023 15:45

Britaniyalı müğənni və bəstəkar Tom Odell paytaxtımızda konsert proqramı ilə çıxış edəcək.

Milli.Az xəbər verir ki, Odell iyunun 21-də azərbaycanlı pərəstişkarları üçün öz mahnılarını ifa edəcək, Bakıda əsl müsiqi bayramı yaşadacaq. Konsert "Pera Group"un təşkilatçılığı ilə baş tutacaq. Sənətçinin Bakı Konqres Mərkəzinin səhnəsində musiqisevərlərin qarşısına çıxacağı gözlənilir.

Qeyd edək ki, Odell 7 yaşından pianoda ifa etməyə və daha sonra öz mahnılarını bəstələməyə başlayıb. Onun ən məşhur mahnıları "Another Love", "Real Love", "Heal" və "Grow Old With Me"dir .

Bakıda ilk dəfə olan britaniyalı sənətçi musiqilərinə görə bir sıra mükafatlar, o cümlədən, 2014-cü ildə ən yaxşı kişi solo albomu üçün "BRIT Awards"ı qazanıb.

Milli.Az


Etiketlər:  Britaniyalı müğənni Bakıda ilk dəfə konsert verəcək


RƏYLƏR