Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Saatlıda hamilə qadını ailəsi ilə danışmaq istədiyinə görə döyüblər - YENİLƏNİB - FOTO

Saatlıda hamilə qadını ailəsi ilə danışmaq istədiyinə görə döyüblər - YENİLƏNİB - FOTO

Tarix: 30 May 2023 16:32

16:30

Əri, qaynı və qayınanası tərəfindən döyülən hamilə qadının durumu açıqlanıb. 

Bununla bağlı oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Qeyd edilib ki, 1990-cı il təvəllüdlü T.Məmmədova təcili tibbi yardım briqadası tərəfindən xəstəxananın Təcili Tibbi Yardım bölməsinə təxliyə olunub:

"Ona ilkin olaraq kürəyin və sol sağrı nahiyəsinin yumşaq toxumalarının əzilməsi, dərialtı hematoması diaqnozu qoyulub. Aparılan əlavə tibbi müayinələr zamanı vətəndaşın dörd həftə beş günlük hamilə olduğu aşkar olunub. Həkimlər tərəfindən ona zəruri tibbi xidmət göstərilib və vəziyyəti qiymətləndirildikdən sonra ambulator müalicə üçün evə buraxılıb".

-------

16:10

Saatlı rayonunda hamilə qadın döyülüb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, hamilə olan T.Məmmədova ağır vəziyyətdə Abşeron Rayon Xəstəxanasına yerləşdirilib.

T.Məmmədovanın yaxınları onun əri Təbriz Orucov, qayınanası və qardaşı tərəfindən vəhşicəsinə döyüldüyünü iddia ediblər: "Həkimlər qadının ağır xəsarətlər aldığını, hamiləliyinin davam etdirilməsinin riskli olduğunu bildiriblər. Saatlı polisindən bizimlə əlaqə saxlayıb yenidən rayona qayıdıb orada müayinədən keçirməyimizi deyiblər".

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov "Qafqazinfo"ya bildirib ki, hadisə ilə bağlı Saatlı RPŞ-də müvafiq araşdırmalar aparılır: "Aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Hamilə qadının qohumlarının sözlərinə görə, Təbriz Orucov müharibə iştirakçısıdır. 


Etiketlər:  Saatlıda hamilə qadını ailəsi ilə danışmaq istədiyinə görə döyüblər YENİLƏNİB FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ