Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda kuryer digər motosiklet sürücüsünün həyatını riskə atdı - VİDEO

Bakıda kuryer digər motosiklet sürücüsünün həyatını riskə atdı - VİDEO

Tarix: 30 May 2023 19:14

Son vaxtlar motosiklet, moped və skuter sürücülərinin sayı çoxalıb. Daha çox kuryer xidməti üçün istifadə olunan bu nəqliyyat vasitələri isə paytaxt yollarında təhlükəli vəziyyət yaradırlar. Bu dəfə də belə bir hadisə Xətai rayonu ərazisində yaşanıb. Skuter sürücüsünün tələskənliyi motosikilet sürücüsünün xəsarət alması ilə nəticələnib.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, günün istənilən saatında və paytaxtın istənilən küçə və prospektində heç gözlənilmədən motosiklet və mopedlər haradansa çıxır, ya maşınla, ya avtobusla, ya da bir- biri ilə toqquşur, bəzən də piyadalar vurulur.

Təhlükəli yol qəzası Toğrul Bilalzadənin də həyatından yan keçməyib. Kuryerin yol hərəkəti qaydalarına məhəl qoymadan tam sürətlə tələsməsi nəticəsində o, xəsarət alıb. Hadisənin təfərrüatlarını "Xəzər Xəbər"ə danışan Toğrul Bilalzadə deyir ki, paytaxt yollarındakı tıxac səbəbindən bir müddətdir şəxsi avtomobilindən imtina edərək motosikilet sürür.

Toğrul Bilalzadə qoruyucu geyimdə olduğundan canını qəzadan yüngül xəsarətlə qurtarıb. Buna baxmayaraq qolundan aldığı zədə nəticəsində ona 15 gün motosikletdən istifadə qadağan olunub.

Müsahibimiz deyir ki, daha çox qəza törədənlər yeniyetmə kuryerlərdir.

Sakinlər də bu kimi sürücüləri təhlükə daşıyıcıları adlandırırlar.

Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Toğrul Nəsirli isə moped, skuter və motosiklet sürücülərinə xəbərdarlıq edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Bakıda kuryer digər motosiklet sürücüsünün həyatını riskə atdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ