Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2023 03:05
Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz Mirbabayeva sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, İzmirdə yaşayan, eyni zamanda sosial şəbəkədə 16 mindən çox izləyicisi olan Nərgiz fotolarını izləyicilərlə bölüşərək fikirlərini ifadə edib:
"Koko Şanelin çox sevdiyim bir cümləsi var - Qadın layiq olduğu yaşdadır. Bəlkə də ona görə bizim üçün "qadınlar uşaq kimidir"deyirlər. Qəlbimizdəki balaca qızın üzü daim gülsün! Sevilən, diqqət və dəyər görən hər qadın bir gecədə dünyanı rəngləndirə bilər. Oxuyan, araşdıran, işləyən, evdar (ki bu ən çətin peşədir!), övladlar yetişdirən və ən önəmlisi isə insanlığı öyrədən qadınlarımız ən böyük dəyərdir. Biz Günəşik! Planetimizin bizə hər zaman ehtiyacı var".