Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsa Həbbibəyli Siyavuş Novruzova etiraz etdi

İsa Həbbibəyli Siyavuş Novruzova etiraz etdi

Tarix: 31 May 2023 14:48

İsa Həbibbəyli parlamentin bu gün keçirilən iclasında həmkarı Siyavuş Novruzovun "Türkologiya" jurnalı ilə bağlı çıxışına etiraz edib. 

Milli.Az-ın məlumatına görə S.Novruzov bildirib ki, Türkologiya və Cənubi Azərbaycan məsələsinə də elmdə yer ayrılmalıdır.

"Türk dünyası yaradırıq və bunun ədəbiyyatı, tarixi olmalıdır. Əvvəllər "Türkologiya" jurnalı var idi, indi o da yoxdur", - deyə o qeyd edib.

İ.Həbibəyli isə buna etiraz edərək bildirib ki, "Türkologiya" jurnalı heç vaxt çapını dayandırmayıb. "Türkologiyanın inkişafını təmin etmək üçün "Türkoloji araşdırma" jurnalı da çap olunur. Bu jurnallar bütün türk ölkələrində yayılır", - deyə o əlavə edib.

Milli.Az


Etiketlər:  İsa Həbbibəyli Siyavuş Novruzova etiraz etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ