Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İtaliyanın qədim şəhərində illər əvvəl yanmış insanların qalıqları aşkarlandı - FOTO

İtaliyanın qədim şəhərində illər əvvəl yanmış insanların qalıqları aşkarlandı - FOTO

Tarix: 31 May 2023 23:52

İtaliyanın qədim Pompey şəhərində aparılan qazıntılar zamanı 3 nəfərin skelet qalıqları tapılıb.

Qalıqların eramızın 79-cu ildə Vezuvi dağında baş verən böyük partlayışda ölən şəxslərə aid olduğu məlum olub.

Yeni kəşfin Pompey tarixinə işıq salacağı deyilir.

Bu barədə İtaliya Mədəniyyət Nazirliyindən açıqlama verilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bildirilib ki, Vezuvidə baş verən böyük partlayış zamanı ölən 3 nəfərin qalıqları Pompeydə aşkar olunan ən son arxeoloji tapıntılardır.

Lava, kül və torpaq qatları altında qalan sözügedən skelet qalıqlarının qədim Pompey şəhərindəki hadisə zamanı sobaya sığınan iki qadın və 3-4 yaşlı uşağa aid olduğu qeyd edilib.

"Bu qalıqların tapılması bizə Pompeydə aşkarlanmamış nə qədər tapıntıların olduğunu düşünməyə əsas verir", - deyə İtaliya mədəniyyət naziri Gennaro Sanculiano bildirib.

Qeyd edək ki, Neapol yaxınlığında yerləşən qədim Pompey şəhəri İtaliyada hər il minlərlə turistin ziyarət etdiyi yerlərdən biridir.

Milli.Az


Etiketlər:  İtaliyanın qədim şəhərində illər əvvəl yanmış insanların qalıqları aşkarlandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ