Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlham Əliyev Kişineuda “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısının açılış mərasimində iştirak edir

İlham Əliyev Kişineuda “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısının açılış mərasimində iştirak edir

Tarix: 1 Iyun 2023 13:03

İyunun 1-də Moldovanın paytaxtı Kişineuda "Avropa siyasi birliyi" 2-ci Zirvə toplantısının açılış mərasimi keçirilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevi, Zirvə toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşıladı.

X X X

Builki Zirvə toplantısında ümumilikdə 47 ölkədən dövlət və hökumət başçıları iştirak edirlər.

Qeyd edək ki, "Avropa siyasi birliyi" qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.

Xatırladaq ki, "Avropa siyasi birliyi"nin birinci Zirvə toplantısı ötən ilin oktyabrında Çex Respublikasının paytaxtı Praqada keçirilib.

Milli.Az


Etiketlər:  İlham Əliyev Kişineuda Avropa siyasi birliyi 2 ci Zirvə toplantısının açılış mərasimində iştirak edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ