Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna ilə bağlı sülh planı açıqlandı

Ukrayna ilə bağlı sülh planı açıqlandı

Tarix: 4 Iyun 2023 03:30

İndoneziyanın müdafiə naziri Prabovo Subianto Ukraynadakı münaqişənin sülh yolu ilə həlli planını, o cümlədən, atəşkəs, silahsızlaşdırılmış zonanın yaradılması və BMT sülhməramlılarının yerləşdirilməsi ilə bağlı təkliflər irəli sürüb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, nazir bu təşəbbüsü Sinqapurda davam edən "Shangri-La Dialogue" təhlükəsizlik konfransındakı çıxışında səsləndirib.

İndoneziya planının birinci bəndinə əsasən hər iki tərəf dərhal atəşkəs elan etməlidir. İkincisi - tərəflər yeni silahsızlaşdırılmış zona yaratmaq üçün hazırkı mövqelərindən 15 km geri çəkilməlidir.

Nazir əlavə edib ki, bundan sonra beynəlxalq sülhməramlı qüvvələr silahsızlaşdırılmış zonaya tez bir zamanda yerləşdirilməlidir.

O, həmçinin hesab edir ki, sakinlərin əksəriyyətinin iradəsini obyektiv şəkildə təsdiqləmək üçün BMT mübahisəli ərazilərdə referendum təşkil etməli və keçirməlidir.

Subianto belə ərazilər dedikdə nə nəzərdə tutulduğunu dəqiqləşdirməyib. Onun sözlərinə görə, İndoneziya bütün bu proseslərdə iştirak etməyə, o cümlədən BMT-nin sülhməramlı missiyası çərçivəsində öz ordusunu göndərməyə hazırdır.

Milli.Az


Etiketlər:  Ukrayna ilə bağlı sülh planı açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ