Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2023 17:24
Xəbər verdiyimiz kimi, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetin yeni siyahısını açıqlasa da, üç vacib post- İstanbul Valiliyi, Baş Qərargah rəisi, Milli Kəşfiyyat İdarəsinə (MİT) hələ də təyinat yoxdur.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, dünəndən Türkiyə mediasında yeni MİT rəhbərinin Prezidentin sözçüsü vəzifəsini icra edən İbrahim Kalının olacağı iddia edilir.
Müzakirələrin fonunda İbrahim Kalının tviterdə paylaşdığı yeni foto da iddiaları gücləndirib.