Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2023 08:30
Çeçenistan lideri Ramzan Kadırov Belqorod vilayətinə çeçen bölmələri göndərməyi təklif edib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Kadırov bildirib ki, Belqorod vilayətindəki vəziyyəti Teleqram kanallarından izləyir və narahatdır:
"Əlbəttə, Ali Baş Komandan daha yaxşı bilir. Ancaq xatırlatmaq istərdim ki, Belqorod vilayətinə hücum edən terrorçularla çeçen bölmələrinin qüvvələri mübarizə apara bilərdi. Mənim döyüşçülərim düşməni mülki əhali və infrastruktura heç bir zərər vermədən məhv etməyə qadirdir".