Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AzTV-nin solisti açıq-saçıq FOTOları ilə gündəm oldu

AzTV-nin solisti açıq-saçıq FOTOları ilə gündəm oldu

Tarix: 5 Iyun 2023 14:30

"Səs Azərbaycan" müsabiqəsinin qalibi, AzTV-nin solisti Emiliya Yaqubova Britaniyadakı son paylaşımları ilə diqqət çəkib.  

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, sənətçi dünya pop səhnəsinin əvəzolunmaz ulduzu Beyonsenin konsertində iştirak edib. 

Emiliya pop divanın "Renessans" adlı dünya turu çərçivəsində London şəhərinin "The Tottenham" stadionunda səhnə alıb.  

Mükəmməl vokal, inanılmaz enerji və səhnə perfomansı ilə Beyonse onu izləməyə gələn minlərlə tamaşaçıları özünə valeh edib. Yaqubova həmin anları çəkərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.  

Emiliya paylaşımına "Londonda "Renessans" dünya turu. Beyonse unudulmaz idi! Siz möhtəşəm idiniz! Gözəl ürəyiniz üçün təşəkkür edirəm! Mən sizi sevirəm" şərhini yazıb.

Milli.Az


Etiketlər:  AzTV nin solisti açıq saçıq FOTOları ilə gündəm oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ