Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə - Bu il...

Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə - Bu il...

Tarix: 5 Iyun 2023 21:58

Bu il Həcc ziyarətində 2,6 milyon zəvvarın iştirak edəcəyi gözlənilir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Səudiyyə Ərəbistanının İki Müqəddəs Məscid İşləri üzrə Baş rəyasət heyətinin sədri Əbdülrəhman əl-Sudais məlumat verib.

Məlumata görə, Səudiyyə Ərəbistanı qarşıdan gələn Həcc mövsümü ərəfəsində ən böyük əməliyyat planını açıqlayıb. Belə ki, COVİD-19 pandemiyasının başlanmasından bəri ilk dəfə olaraq zəvvarların sayına qoyulan məhdudiyyətlər aradan qaldırılıb. Bu il Həcc ziyarətində iştirak edəcəyi gözlənilən milyonlarla zəvvarlara kömək etmək üçün rekord sayda - 14 min heyət üzvü, eləcə də 8 mindən çox könüllü fəaliyyət göstərəcək.

Rəsmi qurumların açıqlamasından sonra Səudiyyə Ərəbistanının müqəddəs Məkkə şəhərinə Həcc ziyarətinin iyunun 26-da başlanması gözlənilir.


Etiketlər:  Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ