Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Finlandiya Rusiya səfirliyinin 9 əməkdaşını ölkədən çıxarır

Finlandiya Rusiya səfirliyinin 9 əməkdaşını ölkədən çıxarır

Tarix: 7 Iyun 2023 08:08

Finlandiya Rusiya səfirliyinin 9 əməkdaşını Helsinkidən göndərmək niyyətindədir.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə çərşənbə axşamı Finlandiya hökumətinin saytında yerləşdirilən məlumatda deyilir.

"Finlandiya Rusiya səfirliyinin 9 əməkdaşını ölkədən çıxarır", - mətndə deyilir. Bəyanata görə, Finlandiya onları kəşfiyyat fəaliyyətində ittiham edir.

"Finlandiya Xarici İşlər Nazirliyi bu barədə Rusiya səfirini məlumatlandıracaq", - məlumatda deyilir.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Finlandiyanın Moskvadakı səfiri Antti Helanteryaya qarşılıqlı şəkildə konsulluqların ixtisar ediləcəyi barədə məlumat verib.

Milli.Az


Etiketlər:  Finlandiya Rusiya səfirliyinin 9 əməkdaşını ölkədən çıxarır


RƏYLƏR