Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Binədə Atçılıq qəsəbəsinin sakinləri belə getsə evə avtobusla deyil "atla" gedəsi olacaqlar... - VİDEO

Binədə Atçılıq qəsəbəsinin sakinləri belə getsə evə avtobusla deyil

Tarix: 7 Iyun 2023 17:54

Binə qəsəbəsi, Atçılıq yaşayış massivinin sakinləri əraziyə avtobus işləməməsindən şikayətçidir.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, sakinlər deyir ki, Qəsəbəyə təyin olunan avtobus cəmi 3-4 gün işləyib.

Onlar iddia edir ki, avtobusun normal işləməməsinə səbəb ərazidə həm də kiçik həcmli şəxsi avtobusların xidmət göstərməsidir.

"Xəzər Xəbər" məsələ ilə əlaqədar daşıyıcı şirkətlə əlaqə saxlamağa çalışsa da bu  mümkün olmayıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, 168 saylı müntəzəm marşrut xətti üzrə sərnişindaşımaların yaxşılaşdırılması ilə bağlı daşıyıcıya bir neçə dəfə xəbərdarlıq edilib.

Bununla yanaşı marşrut xətti qanunvericiliyin tələbinə uyğun olaraq müsabiqəyə də çıxarılıb. Lakin digər daşıyıcılar tərəfindən maraq olmadığından sərnişindaşımaları yenidən əvvəlki daşıyıcıya həvalə edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Binədə Atçılıq qəsəbəsinin sakinləri belə getsə evə avtobusla deyil atla gedəsi olacaqlar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ