Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2023 21:40
Argentinalı ulduz Lionel Messinin gələcəyi bəlli olub.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, məşhur futbolçu karyerasını ABŞ-da davam etdirəcək.
Yaxın saatlarda Messinin "İnter Mayami" klubuna keçidi rəsmiləşdirəcək açıqlama veriləcək. PSJ-dən azad agent kimi ayrılan argentinalının Amerika klubu ilə iki illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Messinin "Barselona"ya dönəcəyi deyilsə də, tərəflər arasında anlaşma baş tutmayıb.