Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sənətçini məhkəməyə verdilər

Sənətçini məhkəməyə verdilər

Tarix: 8 Iyun 2023 12:20

"Roseark" zərgərlik mağazasının nümayəndələri Niki Minajı məhkəməyə verib.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Bildirilir ki, reper zinət əşyalarına pul verməməkdə ittiham olunur. Sənətçinin stilisti Brett Alan Nelsonun "Roseark" ilə müqavilə bağladığı, zərgərlik mağazasının Minajın zinət əşyalarını konsert üçün kirayə götürməsinə razı olduğu bildirilir. Müqaviləyə əsasən, Brett zinət əşyalarını bir həftə ərzində geri qaytarmalı və istifadə zamanı zinət əşyalarının dəymiş ola biləcəyi ziyana görə təzminat ödəməli idi.

"Roseark" əməkdaşları söyləyiblər ki, müğənninin stilisti razılaşdırılmış müddətdə 66 zinət əşyasını geri qaytarmayıb və parçalarda da zədələr müşahidə olunub. Mağaza 26 min dollardan çox təzminat tələb edib və iddialara görə, Minajın nümayəndəsi onu ödəməyib.

Sənətçi və onun stilisti buna görə məhkəməyə verilib. Müğənninin vəkili müqavilənin şərtlərinə uyğun olaraq vəsaiti tam ödədiyini iddia edir. Həmçinin, Minajın müdafiəsi "Roseark"ın ifaçının adından pul qazanmaq üçün onu ittiham etdiyini bildirdi.

"Məhkəmə ictimaiyyətin diqqətini cəlb etmək və haqqı olmayan ödənişi əldə etmək cəhdindən başqa bir şey deyil" deyən vəkil əlavə edib ki, mağazanın müğənnidən ərizədə göstərilən məbləği geri almaq hüququ yoxdur.

Milli.Az


Etiketlər:  Sənətçini məhkəməyə verdilər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR