Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Livan prezidenti ölkə xalqına müraciət edəcək

Livan prezidenti ölkə xalqına müraciət edəcək

Tarix: 24 Oktyabr 2019 08:32

Bakı. Trend:

Livan prezidenti Mişel Aun Beyrutda və ölkənin digər şəhərlərində bir həftə davam edən hökumət əleyhinə aksiyalardan sonra xalqa müraciətlə cıxış edəcək.

Trend-in məlumatına görə, bu barədə "Al-Manar" telekanalı bildirib.

Məlumata əsasən, Aun öz çıxışını Baş nazir Saad Haririnin koalisiya kabineti kütləvi narazılığa cavab olaraq Livan iqtisadiyyatını sabitləşdirmək üçün təcili tədbirlər proqramını təsdiqlədikdən iki gün sonra edəcək.

Baabda prezident sarayındakı bir mənbə Daily Star qəzetinə verdiyi açıqlamada, respublika başçısı öz nitqində “xalqa siyasi böhranın həlli yollarını təklif edəcəyini” deyib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Livan prezidenti ölkə xalqına müraciət edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ